http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Menyudan əlavə depozit pulu ödəməliyikmi?

23 Noyabr 2023 , 13:34
Menyudan əlavə depozit pulu ödəməliyikmi?

Paytaxtda, eləcə də bölgələrdə bir sıra restoranlarda menyudan əlavə depozit tələb olunur. Əvvəllər bu məbləğ 20-50 manat arasında dəyişirdisə, artıq bəzi restoranlar bu məbləği 200-500 manata qaldırıblar. Belə ki, müştərilərin yekun sifarişlərinin məbləği depozit məbləğindən az olarsa, ondan tam depozitin pulunu tələb edirlər.

Bəs bu nə dərəcədə qanunidir?

“Operativ Media”nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyət yaradır.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin xəta qida məhsulları ilə bağlı olduqda məsələyə müvafiq icra hakimiyyəti orqanı baxır.

Qanunvericiliyə uyğun olaraq, satıcı xidmətin qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarına əsasən, istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır. Göründüyü kimi mövcud qanunvericilikdə ictimai iaşə xidmətləri göstərən təsərrüfat subyektləri tərəfindən istehlakçıya məlumatın verilməsi qaydaları və üsulları öz əksini tapıb”.

OXŞAR XƏBƏRLƏR
May ayında hava necə olacaq?

May ayında hava necə olacaq?

"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ

"Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ

Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"

Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"

XƏBƏR LENTİ
  • 14:49

    Kilyan Mbappe 17-ci titulunu qazanıb
  • 14:47

    Mayın 15-dən bəzi sürücüləri 50 manat cərimə gözləyir
  • 14:45

    İranın Özbəkistandakı səfiri ölkənin investisiya, sənaye və ticarət naziri ilə görüşüb
  • 14:41

    Ceyhun Bayramov Ərəb Dövlətləri Liqasının forumunda iştirak edib
  • 14:34

    May ayında hava necə olacaq?
  • 14:29

    "Qalatasaray"ın futbolçusuna məşqçilik təklifi gəldi
  • 14:17

    "Kişilər quş, qadınlar kərtənkələ alır" - Heyvan bazarından REPORTAJ
  • 14:07

    Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
Menyu