Menyu

Xaçmazda sənədsiz silah-sursat aşkarlanıb

Xaçmazda sənədsiz silah-sursat aşkarlanıb

Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 6 ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər