Menyu

"Azərpoçt" və Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Nərmin Qocamanlı
"Azərpoçt" və Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənəd poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tutur. Nəticədə MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq.

Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.

Teqlər:

"\"Az\u0259rpo\u00e7t\" v\u0259 Milli Depozit M\u0259rk\u0259zi aras\u0131nda Anla\u015fma Memorandumu imzalan\u0131b"

Əlaqəli Xəbərlər