Menyu

UEFA Finlandiya Futbol Assosiasiyasını 30 min avro cərimələyib

Operativ Media
UEFA Finlandiya Futbol Assosiasiyasını 30 min avro cərimələyib
1 dəq oxu

UEFA Finlandiya Futbol Assosiasiyasını Millətlər Liqasının qrup mərhələsinin II turunda baş verən qayda pozuntularına görə 30 min avro məbləğində cərimələyib.

Operativ Media xəbər verir ki, Belarus Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, Finlandiya və Belarus yığmaları arasında sentyabrın 29-da Helsinkidə keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

UEFA Finlandiya tərəfini dövlət himnlərinin səsləndirilməsi zamanı qaydaların pozulmasına görə 10 min avro cərimələyib. Bundan əlavə, azarkeşlərin idman tədbirinin xarakterinə uyğun olmayan mesajlar nümayiş etdirməsi səbəbindən Finlandiya Futbol Assosiasiyasına daha bir cərimə tətbiq olunub.

Belarus və Finlandiya milliləri Millətlər Liqasının C Liqasının 1-ci qrupunda mübarizə aparırlar. Dörd oyundan sonra hər iki komandanın hesabında 7 xal var.

Əlaqəli Xəbərlər