http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

03 Aprel 2024 , 11:51
QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şəxsi dəvəti ilə Azərbaycanda səfərdə olan Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamla görüşüb.

"Operativ Media" xəbər verir ki, A. Paşazadə dövlət başçısı Prezident İlham Əliyevin qlobal təşəbbüsləri və himayəsi ilə Azərbaycanın beynəlxalq müstəvidə dinlər, mədəniyyətlərarası dialoq və əməkdaşlıq prosesinə əməli töhfələrindən bəhs edərək, ölkəmizin bu sahədə evsahibliyi etdiyi ümumdünya əhəmiyyətli mötəbər tədbirlər barədə qonağı məlumatlandırıb. QMİ sədri Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayaraq, şəxsinin Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsini ölkəmizin və dini mərkəzin bu istiqamətdə səylərinə verilən böyük dəyər olduğunu qeyd edib.

Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını Şeyxülislam A. Paşazadəyə çatdırıb.

QMİ sədri Azərbaycanda 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO, BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi, AR Mədəniyyət Naziriliyi və Qafqaz Müsəlmanları İdarəsinin həmtəşkilatçılığı ilə dini liderlərin plenar iclasının, Bakı və Şuşada görüşünün keçiriləcəyi barədə danışıb, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamın bu foruma dəvətli olduğunu məmnunluqla qeyd edib. Şeyxülislam həzrətləri, həmçinin, Müsəlman Ağsaqqalları Şurasının COP28-də təşkil etdiyi iqlim naminə dini pavilyonu və Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə keçirilən tədbirdə iştirakını xatırladaraq, bu il Azərbaycanın evsahibliyi etdiyi COP29 çərçivəsində də bu uğurlu təcrübənin davam və inkişaf etdiriləcəyinə əmin olduğunu qeyd edib.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi xüsusi vurğulandı. Müsəlman Ağsaqqalları Şurası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın gələcək perspektivləri və birgə tədbirlər müzakirə edildi.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu