Menyu

DYP saxladığı avtomobilin sərnişinindən narkotik vasitə aşkarlayıb

Nərmin Qocamanlı
DYP saxladığı avtomobilin sərnişinindən narkotik vasitə aşkarlayıb
1 dəq oxu

Baş DYP İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılan avtomobilin sərnişini hərəkətləri şübhə doğurduğu üçün diqqət çəkib.

DYP-dən "Operativ Media"ya verilən məlumata görə, YPX Alayının əməkdaşları tərəfindən avtomobildən düşürülən Bakı şəhər sakini İsmayıl İsgəndərovun üzərindən əvvəlcə 8 qrama yaxın, sərnişini olduğu “Renault” markalı avtomobilə baxış zamanı isə 4 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxs sonrakı araşdırma üçün aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər