Menyu

Vilayət Eyvazov Hacıqabulda vətəndaş qəbulu və sıra baxışı keçirib

Nərmin Qocamanlı
Vilayət Eyvazov Hacıqabulda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Hacıqabul rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarından qəbula gələn 87 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
32 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğu

Teqlər:

"Vilay\u0259t Eyvazov Hac\u0131qabulda v\u0259t\u0259nda\u015f q\u0259bulu v\u0259 s\u0131ra bax\u0131\u015f\u0131 ke\u00e7irib"

Əlaqəli Xəbərlər