05 Aprel 2024, 11:34
Mexaniki, yoxsa avtomat transmissiyalı avtomobillər daha çox yanacaq sərf edir?
Mexaniki, yoxsa avtomat transmissiyalı avtomobillər daha çox yanacaq sərf edir? şəkil
Mexaniki, yoxsa avtomat transmissiyalı avtomobillər daha çox yanacaq sərf edir?

Yanacaq sərfiyyatı sürücüləri ən çox narahat edən məsələlərdən biridir. Məhz buna görə də yanacağa qənaət edən avtomobillərin seçiminə xüsusi diqqət yetirirlər.

Bəs mexaniki, yoxsa avtomat transmissiyalı avtomobillər daha çox yanacaq sərf edir?

Mövzu ilə əlaqədar avtomobil ustası Əli Əliyev "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, avtomat qutulu avtomobillər daha çox yanacaq istehlak edir.

"Çünki avtomatlarda idarəetmə avtomatik olduğu üçün avtomobilin dövrə sayını özümüz təyin eləyə bilmirik. Mexaniki sürətlər qutusunda isə dövrə sayını özümüz tənzimləyə bilirik deyə sərfiyyatına qənaət etmək olur. Mexaniki sürət qutusu avtomat sürət qutusuna görə daha çox yanacaq qənaətini təmin edir. Ona görə yeni avtomat ilə mexaniki maşınlar arasında ən azı 2-3 litr, modelindən asılı olaraq hətta 4 litr yanacaq fərqi olur. Məsələn, hər hansı bir modelin eyni mühərrikdə, 2 motor və yaxud 1.6 motor avtomobilin mexaniki sürətlər qutusu ilə  avtomatik sürətlər qutusunu müqayisə etsək, sürətdən asılı olaraq, mexaniki avtomobil daha az yanacaq sərf etmiş olacaq".

Sevinc İbrahimzadə

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar