Bayram günlərində bölgələrdə hotel və koteclər neçəyədir?
Nərmin Qocamanlı
Bu il Ramazan bayramı ilə əlaqədar 5 gün qeyri iş günü olacaq. Bəzi vətəndaşlar istirahət günlərini dəyərləndirmək üçün bölgələrə üz tuturlar.
“Operativ Media” bayram günləri üçün bölgələrdə qiyməti araşdırıb.
Turizm üzrə ekspert Elgün Babayev deyir ki, rezervlər başlayıb. Tələbat əsasən şimal bölgəsi və Qəbələ-İsmayıllı zonasınadır:
“Qubada iki nəfərlik otaq bir gecə üçün 375 AZN-dir. Şabranda bu istirahət təxminən 230, Şəkidə 260, Astarada 240, Qusarda 210 manata başa gəlir. Qiymətə səhər yeməyi, spa, əyləncə proqramı daxildir. Bayram günlərində tələbat çox olduğu üçün qiymətlərdə də müəyyən qədər artım var. Hotellər tam dolmasa da, ehtimal olunur ki, tələbat çox olsun”.
Ekspert deyir ki, günlük evlər və koteclərin də qiymətində artıım var:
“İsmayıllı üçün kotec qiymətləri 90 manatdan başlayır. Qəbələdə də qiymətlər yuxarı aşağı eynidir. İsti hovzlu “A frame” tipli evlərin günü 170 manatdır. Nisbətən ucuz bölgə isə Zaqatala zonasıdır. Kotec və evlər 50 manata verilir. Şimal bölgələrinə də tələbat çoxdur. Gündəlik evlər 110-350 manat arası dəyişir”.
Teqlər:
"Bayram g\u00fcnl\u0259rind\u0259 b\u00f6lg\u0259l\u0259rd\u0259 hotel v\u0259 kotecl\u0259r ne\u00e7\u0259y\u0259dir?"