Həmkəndlisinə ov tüfəngi ilə xəsarət yetirən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayonunun Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net