Menyu

Yeni nazir onu idarə rəisi təyin etdi – FOTO

Yeni nazir onu idarə rəisi təyin etdi – FOTO

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.

"Operativ Media" Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Hüseynov Toğrul Aydın oğlu təyin olunub.

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi,

Hüseynov Toğrul Aydın oğlu

Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

Bundan əvvəl Toğrul Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi vəzifəsində çalışıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər