“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib

Nərmin Qocamanlı
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var.

Agentliyin məlumatına görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər isə davam etdirilir.

Digər xəbərlər