Menyu

Tailanda səfər edəcəklərin nəzərinə: Turistlər üçün yeni giriş qaydaları tətbiq olunacaq

Tailanda səfər edəcəklərin nəzərinə: Turistlər üçün yeni giriş qaydaları tətbiq olunacaq

Tailand mayın 1-dən turistlərin ölkəyə girişi üçün qaydaları yeniləyir.

Operativ Media xəbər verir ki, bu barədə Tailand Turizm İdarəsi (TAT) məlumat yayıb .

Yeni qəbul olunmuş qaydaya əsasən turistlər mayın 1-dən Tailanda daxil olmaq üçün TDAC (Tailand Rəqəmsal Gəliş Kartı) onlayn miqrasiya formasını doldurmalıdırlar.

"2025-ci il mayın 1-dən etibarən Tailanda hava, quru və ya dəniz yolu ilə gələn bütün əcnəbi vətəndaşlar gəlməmişdən əvvəl Tailand Rəqəmsal Gəliş Kartını (TDAC) onlayn şəkildə doldurmalıdırlar. Yeni rəqəmsal sistem immiqrasiya prosesini daha asan və təhlükəsiz edir", - deyə məlumatda bildirilir.

Ərizə, internet saytına Tailanda gəlməzdən üç gün əvvəl təqdim edilməlidir. Sayta giriş ingilis, rus, çin, yapon və koreya dillərində mövcuddur. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər