03 Aprel 2025, 17:56
Limitsiz saç əkimi. Reallıq, yoxsa mif?
Dr. Araz Əmirov: Limitsiz saç əkimi olmur, hətta mümkün də deyil
Limitsiz saç əkimi. Reallıq, yoxsa mif? şəkil
Limitsiz saç əkimi. Reallıq, yoxsa mif?

Dr. Araz Əmirov limitsiz saç əkimi ilə bağlı tez-tez verilən sualları cavablandırıb.

Operativ Media xəbər verir ki, həkimin sözlərinə görə, limitsiz saç əkimi olmur, hətta mümkün də deyil:

"Limitsiz dedikə biz nə başa düşməliyik? Hər kəsin, hər bir fərdin müəyyən saç tökülmə sahəsi, həmçinin, bəlli bir donor sahəsi vardır ki, bu başın arxa hissəsi, ənsə nahiyəsidir.

Əgər pasiyentin saç tökülmə sahəsi böyükdürsə və bu sahəni qapatmaq üçün 5000 - 6000 sayda saç follikuluna, qreftə (saça) ehtiyac varsa, biz donor bölgəsindən sadəcə 3000 qreft çıxarda bilirik. Belə olan halda bu dəfə məndə sual yaranır. Burada limitsiz saç əkimindən söhbət gedə bilərmi? Limitsiz saç əkimi o deməkdir ki, pasiyentin saç tökülmə bölgəsinə istənilən sayda saç əkimi həyata keçirilsin. Bu isə elmi olaraq və yuxarıda izah etdiklərim çərçivəsində mümkünsüzdür. Yəni hər kəsdə donor bölgəsindən çıxarılacaq saç, qreft sayı məhduddur. O zaman daha bir sual yaranır. Nə üçün “limitsiz saç əkimi” məfhumu yaranıb? Cavabı sadədir. Bu məhfum bir marketinq, reklam məhsuludur. Saç əkimi ilə məşğul olan klinikalar tərəfindən daha çox pasiyentin cəlb edilməsi üçün yaradılmış reklam elementidir və bir daha qeyd etməliyəm ki, limitsiz saç əkimi mifdir, əsassızdır və reallaşdırılması mümkün deyil. Əziz oxuyucu, hər kəsin ənsə bölgəsindən çıxarılması mümkün olan bəlli sayda saçı (qreft) var. Biz əməliyyat zamanı pasiyentin donor bölgəsindən mümkün olan maksimum sayta qreftin çıxarılmısını həyata keçirir və saç əkilmə bölgəsinə köçürdürük. Pasiyentlərdən asılı olaraq, bu bəzən 1 seansa, bəzən də 2 seansa icra olunur. Əgər müşahidə etsək ki, pasiyentin donor bölgəsi zəifdir, həmçinin, saç tökülmə sahəsi böyükdür, yəni, 2 seansa saç tökülmə bölgəsini qapatmaq mümkün deyil, o zaman, pasiyentə saç əkimi əməliyyatını tövsiyə etmirik. Çünki həm çıxarılan qreftlər saç tökülmə sahəsini qapatmayacaq, həm də donor bölgəsindən götürülən saçlar həmin bölgənin seyrəkləşməsinə gətirib çıxaracaqdır. Nə üçün seyrəkləşmə? Unutmayın ki, donor bölgəsindən çıxarılan saçlar bərpa olunmur. Məhz bunun üçün saç əkimi əməliyyatlarında qreftləri xüsusi metodologiya ilə, ziq-zaq formasında çıxardırıq ki, ənsə nahiyəsi görüntüsünü itirməsin".

Son xəbərlər
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb