06 Aprel 2025, 12:43
Sabah 27 dərəcə isti olacaq-PROQNOZ
Sabah havanın temperaturu 27 dərəcəyə çatacaq
Sabah 27 dərəcə isti olacaq-PROQNOZ şəkil
Sabah 27 dərəcə isti olacaq-PROQNOZ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətinin Operativ Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Son xəbərlər
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub