Menyu

Bakıda yerləşən uşaq bağçalarının qiymətləri - ARAŞDIRMA

Bakıda yerləşən uşaq bağçalarının qiymətləri - ARAŞDIRMA

Valideynlər üçün övladlarını dövlət uşaq bağçalarına yerləşdirmək bəzən çətin prosesə çevrilir. Yer çatışmazlığı və yaş məhdudiyyətləri bir çox ailəni alternativ yollar axtarmağa məcbur edir. Belə hallarda isə çıxış yolu kimi özəl uşaq bağçaları seçilir. Özəl müəssisələrdə qəbul şərtləri daha rahat olsa da, bu rahatlıq qiymətlərə də təsirsiz ötüşmür.

Operativ Media Bakıda fəaliyyət göstərən bir neçə özəl uşaq bağçasının xidmət və qiymətlərini araşdırıb:

“Baby Smile” uşaq bağçası

Bağça həftə içi saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir. Qəbul 2 yaşdan başlayır. Rus və ingilis bölmələri mövcuddur.

Qiymətlər:

08:00–13:00 – 250 AZN

08:00–18:00 – 400 AZN

Qiymətə daxildir:

5 dəfə qidalanma, ingilis dili məşğələsi, riyazi anlayışlar, ətraf aləmlə tanışlıq, onlayn müşahidə, məntiq və nitqin inkişafı, didaktik oyunlar, həkim nəzarəti, musiqi, rəqs, ekskursiyalar, master-klasslar.

"Yeni Nəfəs " uşaq bağçası

Qiymətlər:

08:00–13:00 – 300 AZN

08:00–18:00 – 500 AZN


Qiymətə daxildir:

Qidalanma, rəqs, şahmat, rəsm, ingilis dili, musiqi, master-klasslar.

“Kaspi” uşaq bağçası

Qəbul 3–6 yaş arası uşaqlar üçündür. Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrində ingilis dili xarici dil kimi tədris olunur.

5 gün 2.5 saatlıq proqram:

Azərbaycan bölməsi – 245 AZN

Rus bölməsi – 245 AZN

İngilis bölməsi – 295 AZN

Beynəlxalq kurikulum (IB və Cambridge) – 350 AZN

5 gün, 4 saatlıq proqram:

Azərbaycan və rus bölməsi – 350 AZN

İngilis bölməsi, beynəlxalq kurikulum – 400 AZN

3 gün, 2.5 saatlıq proqram:

Azərbaycan və rus bölməsi – 155 AZN

İngilis bölməsi, Beynəlxalq kurikulum – 205 AZN

“Şəkər Bala” uşaq bağçası

Bağça həftə içi 08:00-dan 18:00-dək açıqdır. Bağça ingilis dilində fəaliyyət göstərir. 

Gündə 3 dəfə nahar, gimnastika, şahmat, həyətdə iki dəfə gəzinti, rəsm kursları xidmətə daxildir. Bu bağçanın aylıq qiyməti isə 1000 AZN-dir.

“Göy Qurşağı” uşaq bağçası

Qəbul 1 yaşdan etibarən həyata keçirilir. Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Gündə 5 dəfə qidalanma təmin olunur. Təhlükəsizlik kameraları ilə təchiz olunub.

Qiymətlər:

08:00–18:00 – 250 AZN

08:00–13:00 – 150 AZN

13:00–18:00 – 100 AZN

Servis xidməti mövcuddur.

“Happy Babies” uşaq bağçası

Bağça həftə içi 08:00-dan 18:00-dək açıqdır. Azərbaycan və rus bölmələri mövcuddur. Qəbul 1–6 yaş arası uşaqları əhatə edir. Gündə 5 dəfə qidalanma verilir. 3 yaşdan yuxarı bütün qruplarda hər gün 30 dəqiqə, məktəbəqədər qrupda isə 40 dəqiqə ingilis dili dərsi keçirilir. Valideynlər övladlarını onlayn müşahidə edə bilirlər.

Qiymətlər (rus bölməsi):

08:00–18:00:

1-ci korpus – 550 AZN

2-ci korpus – 450 AZN


08:00–13:00:

1-ci korpus – 350 AZN

2-ci korpus – 250 AZN

Qiymətlər (Azərbaycan bölməsi):

08:00–18:00:

1-ci korpus – 450 AZN

2-ci korpus – 400 AZN

Əlavə 100 AZN ödənişlə servis xidməti də təklif olunur.

 

“Yaşıl Ada” Uşaq Bağçası
Bağça həftə içi 5 gün – saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir. Qəbul 2 yaşdan etibarən həyata keçirilir. Gün ərzində 5 dəfə qidalanma təmin olunur.

Qiymətlər:

Azərbaycan bölməsi – 800 AZN

Rus bölməsi – 850 AZN

İngilis bölməsi – 900 AZN

Yarım gün (08:00–13:00) – 500 AZN

 

Gülcahan Məmmədova

Teqlər:

"Bak\u0131da yerl\u0259\u015f\u0259n u\u015faq ba\u011f\u00e7alar\u0131n\u0131n qiym\u0259tl\u0259ri - ARA\u015eDIRMA"

Əlaqəli Xəbərlər