Menyu

Mövsümü allergiyalar ilə necə mübarizə aparmaq olar?

Nərmin Qocamanlı
Mövsümü allergiyalar ilə necə mübarizə aparmaq olar?

Allergiya orqanizminin müəyyən maddələrə qarşı reaksiyasıdır. Allergiya dəridə səpkilər, ümumi zəiflik və selikli qişanın qıcıqlanması ilə özünü büruzə verə bilər. Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir.

Mövsümü allergiyalar özünü necə büruzə verir və allergiyalar ən çox hansı səbəbdən ortaya çıxır?

Mövzu ilə bağlı daxili xəstəliklər uzmanı Nəbi Absalamov Operativ Media-ya açıqlama verib:

"Mövsümi allergiyalara əsasən yaz və payız aylarında rast gəlirik. Bu allergiyalar burun axması və gözdəki iltihabla özünü çox vaxt büruzə verir. Bəzi insanlarda isə başqa əlamətlər də ola bilər. Mövsümi allergiyalardan qorunmaq üçün sağlam qidalanma və sağlam həyat tərzi vacibdir. Son illərdə allergiyaların artması təsadüfi deyil. Əvvəl az rast gəldiyimiz allergik xəstələr hazırda çoxalıb. İnsanların 90 faizində bu və ya digər dərəcədə allergiya müşahidə olunur. Buna səbəb həyat tərzimizin dəyişməsi, artıq sağlam qidalanmamağımızdır. Gigiyenik qaydalara həddindən artıq riayət etmək, xüsusilə də uşaqlıqda aşırı təmizlik göstərmək allergiyaya səbəb ola bilər. Bu, ənənəvi səbəblərdən biridir. Uşaqlıqda müəyyən maddələrlə qarşılaşmaq vacibdir ki, bədən onlara öyrəşsin. Ev şəraiti və təbiətlə çox əlaqədə olmamaq da allergiyanı yaradan səbəblər arasındadır. Hər bir allergik xəstəyə məsləhət görülür ki, allergik testlərdən keçsin. Dəri və qida allergik testləri vacibdir. Çünki insanlar dərman qəbul edib, allergiyanı aradan qaldırmağa çalışırlar, amma əsas məsələ mənbəyini tapmaqdır. Məsələn, dəri allergik testləri nəticəsində bitkilərə qarşı allergiyanız olduğu üzə çıxarsa, bu halda bitkilərdən uzaq durmalı və ya tozdan, yundan və s. allergiyanız varsa, onlardan qorunmalısınız."

Bəs bu allergiyalardan necə qoruna bilərik?

Nəbi Absalamov bildirir ki, hər kəs özünün həkimi olmalıdır: "Yaz aylarında allergiyası olanlar tropik meyvələrdən uzaq olmalıdır. Əsasən insan nəyə qarşı həssas olduğunu özü bilər. Məsələn bəzi insanlarda limona qarşı allergiya var, bəzilərində isə başqa meyvələrə qarşı. Bitki allergiyası olanlar bitkiləri evdən çıxarmalı, toz olan yerdə isə tozu aradan qaldırmalıdır. Bütün bunlar üçün həkim məsləhətinə ehtiyac yoxdur. Hər insan özünün həkimi olmalıdır."

Günay Nəcəfova

Teqlər:

"M\u00f6vs\u00fcm\u00fc allergiyalar il\u0259 nec\u0259 m\u00fcbariz\u0259 aparmaq olar?"

Əlaqəli Xəbərlər