Menyu

Nazir müavini Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib - FOTO

Nazir müavini Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib - FOTO

Elm və təhsil nazirinin müavini Həsən Həsənli STEAM Mərkəzinin açılış mərasimində iştirak məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərində səfərdədir. 

Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyi məlumat verib.

Səfər çərçivəsində nazir müavini Daşkənddə yerləşən Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutuna baş çəkib, buradakı ekspozisiyalar və memorial muzeylə tanış olub, həmçinin institutun kitabxanasını və tədris laboratoriyalarını ziyarət edib. 

Nazir müavini daha sonra Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.
Açılış nitqi ilə çıxış edən nazir müavini Özbəkistan ilə bu istiqamətdə birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. 
 
Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova da çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib.

 

Teqlər:

"Nazir m\u00fcavini \u00d6zb\u0259kistanda STEAM M\u0259rk\u0259zinin a\u00e7\u0131l\u0131\u015f\u0131nda i\u015ftirak edib - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər