Menyu

Zəlzələ baş verdikdə nə etməli?

Nərmin Qocamanlı
Zəlzələ baş verdikdə nə etməli?

Zəlzələ təbii fəlakətlər arasında ən qəfil və dağıdıcı olanlardandır. Buna görə də zəlzələ zamanı düzgün davranış qaydalarını bilmək həyati əhəmiyyət daşıyır. 

Operativ Media xəbər verir ki, zəlzələ zaman aşağıdakı qaydalara riayət etmək lazımdır:

- Zəlzələ zamanı ən vacib məsələ panikaya qapılmamaqdır. Soyuqqanlı davranın.

- Zəlzələ zamanı otaqdasınızsa dərhal təhlükəsiz bir yerə – məsələn, masa altına, çarpayı yanına və ya divar küncünə keçin.

- Pəncərələrdən, güzgülərdən və asılmış əşyalardan uzaq durun.

- Yerə uzanaraq yıxılma riskindən qorunun. Başınızı və boynunuzu əllərinizlə və ya bir yastıqla qoruyun. Zəlzələ bitənə qədər yerinizdə qalın.

- Liftlərdən istifadə etməyin.

- Əgər çöldəsinizsə, binalardan, elektrik xətlərindən və ağaclardan uzaq durun. Açıq sahədə diz çökün və başınızı qoruyun.

- Əgər avtomobildə olarkən zəlzələ baş verərsə avtomobili təhlükəsiz bir yerdə saxlayın.

-  Körpü altları, tunellər və ya hündür binaların yaxınlığında dayanmaqdan çəkinin.

- Zəlzələdən sonra qaz, su və elektrik xətlərini yoxlayın. Hər hansı bir sızıntı və ya zədələnmə hiss edirsinizsə, dərhal müvafiq xidmətlərlə əlaqə saxlayın. Binanı tərk etməli olduğunuz halda əgər imkanınız varsa vacib sənədləri və ilk yardım çantasını götürməyi unutmayın.

Teqlər:

"Z\u0259lz\u0259l\u0259 ba\u015f verdikd\u0259 n\u0259 etm\u0259li?"

Əlaqəli Xəbərlər