Avtomobillərin yaya hazırlığı necə olmalıdır?

Yay fəslinin yaxınlaşması avtomobillərin bu mövsümə uyğun şəkildə hazırlanmasını vacib edir. Qışın sərt və dəyişkən hava şəraiti avtomobillərdə bir sıra texniki nasazlıqlara səbəb ola bilər. Bu səbəbdən yay mövsümünə keçid zamanı avtomobilin tam texniki baxışdan keçirilməsi rahatlıq və təhlükəsizlik üçün lazımdır.
Avtomobillərin yaya hazırlığı necə olmalıdır?
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Operativ Media-ya açıqlama verib.
Usta bildirir ki, adi avtomobillərin yay hazırlığı ilə elektromobillərin yay hazırlığında fərqlər mövcuddur.
Benzin və ya dizel mühərrikləri ilə işləyən avtomobillər
-
Yay aylarında qış təkərləri çıxarılmalıdır. Əgər qış təkərləri avtomobildə qalarsa onları mütləq dəyişmək lazımdır. Yayda 4 mövsüm təkərlərinə keçmək tövsiyə olunur. Çünki qış təkərləri isti asfalt üzərində sürət təkərləri kimi işləmədiyi üçün təkərin tez sıradan çıxmasına səbəb olur.
-
İli 10-15 ildən aşağı olan avtomobillərdə radiator barmaqlıqlarını təmizləmək lazımdır. 1 metr məsafədən şırnaqlı su ilə yumaq və təmizləmək vacibdir ki, mühərrikin soyutma sistemi düzgün işləsin.
-
Bəzi avtomobil modelləri mühərrikin sürətli isinməsi ilə xarakterizə olunur. Belə avtomobillərdə antifriz dərəcəsi yüksək olmalıdır. Bu mühərrikin düzgün işləməsinə və normadan artıq isinməməsinə kömək edəcək.
-
Şüşə silənlərinin fırçaları qış aylarından sonra zədələnibsə onları yeniləmək lazımdır. Yaxşı vəziyyətdə olan fırçalar yaz-yay aylarında yağışlı havalarda düzgün işləməyə imkan verəcək.
-
Qışdan sonra avtomobillərin ön və arxa hissələrinə diqqət yetirilməlidir. Qarda və buzda olan avtomobillər zamanla müəyyən deformasiya olur. Təkər bucaqlarının tənzimlənməsi və peredok sisteminə diqqət yetirilməsi vacibdir.
Elektromobillər
"Elektromobillər qış aylarında əgər zavod tərəfindən bir EDM-nin (elektriklə işləyən avtomobilin) dolumuna 400 km məsafə qət etməsi nəzərdə tutulubsa bu müddətdə 350-400 km məsafə gedəcək. Çünki elektromobillərin ən problemli dövrü qış aylarıdır. Soyuq havada batareya səviyyəsi aşağı düşdüyü üçün elektromobillər daha az kilometraj əldə edir. Lakin yay aylarında bu məsafə daha çox olur.
Avtomobilin gövdəsi çox ağır olduğuna görə normal təkərlərdən istifadə edilməsini tövsiyə etmirik. Daha çox tanınmış təkər markalarına üstünlük verilməlidir".
Günay Nəcəfova