Menyu

Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb

Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb.

Operativ Media xəbər evrir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Teqlər:

"H\u0259cc ziyar\u0259tin\u0259 s\u0259n\u0259d q\u0259bulunun m\u00fcdd\u0259ti yenid\u0259n uzad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər