Baxça müdiri vəzifəsi üçün 131 namizəd yarışacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Bu barədə Operativ Media-ya BŞTİ-dən məlumat verilib.
Müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 131 namizəd iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, müsahibə mərhələsində namizədə vəzifəyə uyğun müvafiq meyarlar üzrə açıq və praktik suallar verilib. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net