Menyu

Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazanıb

Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazanıb

25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.

Bu barədə  Operativ Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər gümüş medal, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev bürünc medal qazanıblar.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 19 gümüş və 40 bürünc əldə ediblər.

Teqlər:

"\u015eagirdl\u0259rimiz Balkan Riyaziyyat Olimpiadas\u0131nda 3 medal qazan\u0131b"

Əlaqəli Xəbərlər