Sumqayıt və Abşeronun bəzi yerlərində mayın 3-nə kimi su olmayacaq
Sabahdan etibarən Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəhərin bəzi ərazilərində, həmçinin Müşfiqabad, Atyalı və 28 May qəsəbələrinin bir hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, təmir işləri mayın 3-ü axşam saatlarında başa çatdırılacaq və həmin vaxtdan etibarən suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net