02 May 2025, 15:37
İki ali məktəb qəbul prosedurunu özləri təşkil edəcək
Daha iki ali məktəbə qəbul prosedurlarını özləri aparmaq hüququ verilib.
İki ali məktəb qəbul prosedurunu özləri təşkil edəcək şəkil
İki ali məktəb qəbul prosedurunu özləri təşkil edəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edib.

Operativ Media-nın xəbərinə görə, qaydaya əsasən, “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Dəyişikliyə əsasən, magistratura səviyyəsi üzrə Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, “ADA” Universitetinə, Moskva Dövlət Universitetinin Bakı filialına, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, Hərbi Elmi Tədqiqat İnstitutuna, Hərbi İdarəetmə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)”nə qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Beləliklə, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına və UFAZ-a da müəyyən etdiyi qəbul prosedurları aparmaq hüququ verilib.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır