Azərbaycanda populyarlaşan "BYD"lər təhlükəsizlik tələblərinə cavab verirmi?

Fərrux Qocamanlı
Azərbaycanda populyarlaşan "BYD"lər təhlükəsizlik tələblərinə cavab verirmi?

Son illər Azərbaycanda Çinin "BYD" şirkətinin istehsalı olan avtomobillər sürətlə populyarlaşır. Xüsusən də ötən il taksi fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiqi nəticəsində ili köhnə avtomobillər bu fəaliyyətdən uzaqlaşdırıldı. Sahibkarlar isə "Prius"ları "BYD"lərlə dəyişməyə başladılar. 

Hətta Azərbaycanda dövlət qurumlarının da "BYD"yə keçməsinə dair məlumatlar yayılıb. Hər məşhurlaşan markalar kimi, "BYD"nin də keyfiyyəti ətrafında söz-söhbətlər dolaşmağa başladı.

Tez-tez sosial şəbəkələrdə avtomobil ustalarının "BYD"nin keyfiyyəti ilə bağlı iddiaları rastımıza çıxır. Həmin iddialarda bildirilir ki, bu avtomobillərin keyfiyyəti zəifdir, yüngül qəzalar zamanı gövdələri ciddi zədə alır, sürücünün təhlükəsizliyi düşünülməyib və s. 

Bəs sözügedən avtomobillərin təhlükəsizliyi əslində necədir?

Operativ Media yayılan iddiaları araşdırmaq üçün istehsalçının öz saytına, və beynəlxalq platformalardakı imicinə nəzər salıb. 

Araşdırmalarımız zamanı məlum oldu ki, "BYD" avtomobilləri müasir təhlükəsizlik tələblərinə cavab verir və bir çox beynəlxalq təhlükəsizlik testlərində yüksək nəticələr əldə edib. Bu markanın əksər məşhur modelləri Avropa Yeni Avtomobil Qiymətləndirmə Proqramı (Euro NCAP) və Avstraliya Yeni Avtomobil Qiymətləndirmə Proqramı (ANCAP) tərəfindən 5 ulduzlu təhlükəsizlik reytinqləri almağı bacarıb

Eyni zamanda, şirkət sürücünün təhlükəsizliyini artırmaq və qəza riskini azaltmaq məqsədilə avtomobillərdə bir sıra müasir təhlükəsizlik sistemləri təqdim edir

Beləliklə, deyə bilərik ki, BYD avtomobilləri müasir təhlükəsizlik standartlarına cavab verir və bir çox beynəlxalq testlərdə yüksək nəticələr göstərdiyi üçün haqqında yayılan iddialar doğru deyil. 

Digər xəbərlər