Menyu

“e-Tabib” mobil tətbiqində tibbi xidmətlərin qiymətləndirilməsi üçün yeni bölmə yaradılıb

Şəfa Hüseynli
“e-Tabib” mobil tətbiqində tibbi xidmətlərin qiymətləndirilməsi üçün yeni bölmə yaradılıb
1 dəq oxu

İcbari tibbi sığorta hesabına əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinə ictimai nəzarətin təşviqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən “e-Tabib” mobil tətbiqinə yeni funksionallıq əlavə olunub. Artıq istifadəçilər istifadə etdikləri tibbi xidmətlərin keyfiyyətini təqdim olunan məmmuniyyət sorğusunda iştirak etməklə qiymətləndirə biləcəklər.

Bu barədə Operativ Media-ya  İTSDA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni bölmə vətəndaşlara müraciət etdikləri tibbi xidməti, həmin xidməti göstərən həkimi və tibb müəssisəsini qiymətləndirməyə imkan verir.

Sorğuda iştirak etmək üçün “e-Tabib” mobil tətbiqinin əsas səhifəsində yerləşən “Müraciətlərim” bölməsinə daxil olmaq, daha sonra tibbi xidməti seçərək “İTS məmnuniyyət sorğusu” keçidinə klikləmək kifayətdir.

Bununla yanaşı, tətbiqdə bir sıra digər yeniliklər də yaradılıb:

- Əsas səhifəyə “Xəbərlər” bölməsi əlavə olunub. İstifadəçilər burada icbari tibbi sığorta sahəsindəki yeniliklərlə tanış ola biləcəklər;

- Maarifləndirici hekayələr bölməsi istifadəyə verilib. Bu bölmədə sağlam həyat tərzini təşviq edən və istifadəçiləri məlumatlandıran məzmunlar paylaşılır;

- “Sağlam və təhlükəsiz hamiləlik” adlı yaradılan yeni bölmədə hamilə qadınlara yönəlik faydalı məsləhətlər və tövsiyələr əks olunur.

Yenilənmiş “e-Tabib” mobil tətbiqi tibb müəssisələri ilə vətəndaşlar arasında daha şəffaf və qarşılıqlı əlaqəli münasibətin qurulmasına töhfə verməklə yanaşı, göstərilən xidmətlərin monitorinqi və davamlı təkmilləşdirilməsi üçün də vacib alətə çevrilir.

Əlaqəli Xəbərlər