Menyu

Qismən akademik tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina verilib

Gozel Həşimova
Qismən akademik tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina verilib
1 dəq oxu

Xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 5 iyun – 9 iyul 2025-ci il tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınıb.

Bu barədə Operativ Media-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirlib ki, bunlardan 171-i barədə müsbət qərar verilərək, qazanılmış AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilmiş, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşmış və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilmişdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər