Menyu

Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

Gozel Həşimova
Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Beləliklə, Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə 350 manat məbləğində Prezident təqaüdü alacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər