Azərbaycan balığı Avropa ölkələrinə ixrac olunacaq
Şəfa Hüseynli
Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır.
Operativ Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib.
Beləliklə, Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirmə aparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədi ilə hazırlanan Monitorinq Planı uyğun olduğu üçün qəbul edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net