Menyu

Bakıya gələn rusiyalı turistlər nələr danışdı? - VİDEO

Redaksiya
Bakıya gələn rusiyalı turistlər nələr danışdı? - VİDEO

"CBC TV" Azərbaycana gələn rusiyalı turistlərin təəssüratlarını öyrənib.

Operativ Media xəbər verir ki, onlar Bakının gözəlliyindən, təhlükəsizliyindən və qonaqpərvərliyindən bəhs ediblər.

"Biz İçərişəhərdə, Heydər Əliyev mərkəzində olduq - hər şey zəngin, təmiz, gözəl görünür. Yeməklər çox dadlıdır. Bakı pomidoru sadəcə möhtəşəmdir", - rus turislərdən biri deyir.

İlk dəfə Bakıda olduğunu söyləyən digər qonaq isə paytaxtın atmosferini bəyəndiyini və yenidən gələcəklərini bildirib: "Harada insanlarla ünsiyyətə girirdik onların necə xeyirxah olduğunun şahidi olurduq". 

"Gəzmək, istirahət etmək təhlükəsizdir. Həmçinin şəhər çox təmizdir. Biz mütləq geri qayıdacağıq. Burada müxtəlif mədəni istirahətlər şərait yaradılıb", - daha bir rusiyalı turis vurğulayıb.

Azərbaycan mətbəxindən danışan qonaqlardan biri qoyun ətinin Rusiyadakından daha dadlı olduğunu dilə gətirib. (Ölkə.Az)

Teqlər:

"Bak\u0131ya g\u0259l\u0259n rusiyal\u0131 turistl\u0259r n\u0259l\u0259r dan\u0131\u015fd\u0131? -\u00a0V\u0130DEO"

Əlaqəli Xəbərlər