Menyu

BNMİ-dən növbəti əməliyyat: 24 kq narkotik vasitə aşkarlandı

Şəfa Hüseynli
BNMİ-dən növbəti əməliyyat: 24 kq narkotik vasitə aşkarlandı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə fasiləsiz olaraq davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər