Menyu

DMX yanında İctimai şuranın yeni tərkibi seçilib

Əziz Əzizli
DMX yanında İctimai şuranın yeni tərkibi seçilib

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai şuranın yeni tərkibinin formalaşdırılması məqsədilə seçki keçirilib.

Bu barədə Operativ Media-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, seçkinin təşkili üçün 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb, həmçinin seçkilərin keçiriləcəyi barədə ictimaiyyətə əvvəlcədən rəsmi elan verilib. İctimai şuraya üzv olmaq üçün ümumilikdə 27 nəfərin namizədliyi qeydə alınıb.

Seçkinin nəticələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş səs çoxluğunu toplamış 9 namizəd İctimai şuranın yeni tərkibinə üzv seçiliblər.

Qeyd edək ki, DMX yanında İctimai şura miqrasiya sahəsinə dair məsələlərin müzakirə olunması, müvafiq təkliflərin hazırlanması, qanun layihələrinin təkmilləşdirilməsi, ictimai rəyin öyrənilməsi və xidmətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

“İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, İctimai şuranın səlahiyyət müddəti iki ildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər