Menyu

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Redaksiya
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

İyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı –  1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Operativ Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər