Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Şəfa Hüseynli
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, "İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Namizədlərin imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Digər xəbərlər