Lisey və gimnaziyalara seçim prosesi başlanılıb
Şəfa Hüseynli
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.
Bu barədə Operativ Media-ya Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net