Menyu

Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

Şəfa Hüseynli
Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

İşğaldan azad olunmuş ərazilərin sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu dəfə Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülən sakinlərdən daha 26 şəxs proqram çərçivəsində aktivlərlə təmin edilib.

Verilən aktivlər hesabına həmin sakinlər heyvandarlıq və arıçılıq zərfləri üzrə öz təsərrüfatlarını yaradıblar.

Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən artıq 220 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər