Şabranda meşəlik ərazidə 1 nəfər itkin düşüb
Şəfa Hüseynli
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net