Bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs həbs olunub
Şəfa Hüseynli
İsmayıllı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb.
Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Teqlər:
"Bostan bitkil\u0259rinin aras\u0131nda \u00e7\u0259t\u0259n\u0259 kolu yeti\u015fdir\u0259n \u015f\u0259xs h\u0259bs olunub"