Paytaxtda ev və mağazadan pul oğurlayan şəxslər həbs olunub
Şəfa Hüseynli
Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 2616 manat oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərək saxlanılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33 yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net