BMT sülhməramlıları 2026-cı ilin sonuna qədər Livanı tərk edəcək
Əziz Əzizli
BMT Təhlükəsizlik Şurası Livandakı UNIFIL sülhməramlı missiyasının 2026-cı ilin sonuna qədər başa çatdırılması və daha sonra personalın ölkədən çıxarılması barədə qərarı yekdilliklə dəstəkləyib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qərar avqustun 28-də Fransa və ABŞ arasında aparılan danışıqlardan sonra Şuranın 15 üzvü tərəfindən qəbul edilib.
Beləliklə, UNIFIL-in mandatı 31 dekabr 2026-cı ilədək qüvvədə olacaq. Həmin tarixdən sonra isə sülhməramlıların mərhələli və təhlükəsiz şəkildə çıxarılmasına başlanacaq. Bu proses Livan hökuməti ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.
ABŞ-ın BMT-dəki müvəqqəti nümayəndəsi Doroti Şey vurğulayıb ki, Livandakı təhlükəsizlik vəziyyəti dəyişib və artıq ölkə hökumətinin üzərinə daha çox məsuliyyət götürməsinin vaxtı çatıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında ABŞ Livan və İsrail arasında atəşkəsin əldə olunmasında vasitəçilik etmişdi. Bu razılaşma Qəzza müharibəsi fonunda bir ildən artıq davam edən döyüşlərdən sonra mümkün olmuşdu.
Teqlər:
"BMT s\u00fclhm\u0259raml\u0131lar\u0131 2026-c\u0131 ilin sonuna q\u0259d\u0259r Livan\u0131 t\u0259rk ed\u0259c\u0259k"