Havay adalarında qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib
Əziz Əzizli
Havay adalarında "Kiko" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.
Operativ Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Silviya Lyuk elan edib.
Proqnozlara əsasən, adalardan təxminən 1200 mil cənub-şərqdə yerləşən güclü qasırğa artıq gələn həftənin əvvəlində tropik fırtına şəklində arxipelaqa çata bilər. Sentyabrın 8-dən etibarən güclü yağışlar, fırtınalı küləklər və yüksək dalğalar gözlənilir.
Fövqəladə vəziyyət rejimi sentyabrın 19-dək qüvvədə olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net