Rusiya Kiyevə 13 ədəd "İsgəndər" raketi atıb
Əsəd Abbaslı
Sentyabrın 7-nə keçən gecə Rusiya 818 hava hücumu silahından istifadə edərək Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri "Facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 751 hədəfi zərərsizləşdirib, 37 məntəqədə 9 raket və 56 hücum pilotsuz təyyarəsi vurulub.
Qeyd olunub ki, sentyabrın 6-da saat 17:00-dan (Bakı vaxtı ilə 18:00) Rusiya 805 "Shahed" hücum PUA-sı daxil olmaqla müxtəlif tipli pilotsuz uçuş aparatlarından, 9 ədəd "İsgəndər-K" qanadlı raketi və 4 ədəd "İskəndər-M/KN-23" ballistik raketindən istifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net