Menyu

Türkiyədə Sahil Mühafizə qayığı qəza edib, 5 nəfər ölüb

Əsəd Abbaslı
Türkiyədə Sahil Mühafizə qayığı qəza edib, 5 nəfər ölüb

Türkiyənin Ayvalık bölgəsində qaçaq miqrantları daşıyan qayığın Sahil Mühafizə qayığına çırpılması nəticəsində 5 nəfər həyatını itirib.

Operativ Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Türkiyənin Balıkesir Valiliyinin açıqlamasına görə, hadisə qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Sahil Mühafizə Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat zamanı baş verib.

Belə ki, əməliyyat zamanı 1 nəfər miqrant qaçaqmalçılığı təşkilatçısı ilə birlikdə 34 qanunsuz miqrantı daşıyan yüksək sürətli fiber gövdəli qayıq Ayvalık rayonunun Badavut sahilində Sahil Mühafizə qayığına çırpılıb.

Ərazidə aparılan axtarış-xilasetmə işləri nəticəsində dənizə düşən miqrantlardan 5 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralı halda xəstəxanaya aparıldığı müəyyən olunub.

İtkin olduğu güman edilən bir miqrantın axtarışları davam edir.

Hadisə ilə bağlı Ayvalık Respublika Prokurorluğu tərəfindən araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər