Tramp sonuncu dəfə HƏMAS-a xəbərdarlıq edib
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp atəşkəslə bağlı təklifinin İsrail tərəfindən qəbul edildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, eyni şərtləri HƏMAS-ın da qəbul etməsi lazımdır:
"Qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqa xəbərdarlıq olmayacaq!"
Qeyd edək ki, daha əvvəl "Axios" portalının jurnalisti Barak Ravid Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim etdiyini bildirmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net