500 minə yaxın suriyalı Türkiyədən evlərinə qayıdıb
Şəfa Hüseynli
Ötən 9 ayda 474 018 Suriya vətəndaşı Türkiyədən könüllü surətdə Suriyaya qayıdıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Bildirilib ki, Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra könüllü geri qayıtmaq üçün müraciətlərin sayı xeyli artıb.
Nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi suriyalı qaçqınlara könüllü qayıtma mərhələsində dəstəyini davam etdirir.
Bundan əvvəl BMT 800 mindən çox suriyalı qaçqının hakimiyyət dəyişikliyindən sonra vətənlərinə qayıtdığını bildirmişdi.
Şəfa Hüseynli
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net