Menyu

Merts: Putinin planları Ukrayna ilə məhdudlaşmayacaq

Əsəd Abbaslı
Merts: Putinin planları Ukrayna ilə məhdudlaşmayacaq

Hər şey onu göstərir ki, Rusiya Prezienti Vladimir Putinin imperiya planları yalnız Ukrayna ilə məhdudlaşmayacaq - əksinə, bu hələ başlanğıcdır.

Operativ Media xəbər verir ki, bu bəyanatla Almaniya Kansleri Fridrix Merts çıxış edib.

O, Avropadakı müttəfiqləri maraqlarını yenidən qiymətləndirməyə və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərdəki dəyişiklikləri nəzərə alaraq yeni tərəfdaşlar axtarmağa çağırıb.

"Biz yanlış nostaljiyə qapılmadan Avropada öz maraqlarımıza düzəlişlər etməliyik", - Merts vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton Avropanın vacib tərəfdaşı olaraq qalır. Lakin münasibətlər dəyişib, çünki ABŞ bu əlaqələri müəyyən maraqlardan və məsələlərdən asılı edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər