Menyu

Murat Nurtleu Pakistana rəsmi səfərə gəlib

Şəfa Hüseynli
Murat Nurtleu Pakistana rəsmi səfərə gəlib

Qazaxıstan Respublikası Baş nazirinin müavini - Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu Pakistana rəsmi səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu  barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşəcək.

Görüşün yekununda Murat Nurtleu və Məhəmməd İshaq Dar Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üçün fəaliyyət planı imzalayıblar.

Şəfa Hüseynli

Teqlər:

"Murat Nurtleu Pakistana r\u0259smi s\u0259f\u0259r\u0259 g\u0259lib"

Əlaqəli Xəbərlər