BMT Baş katibi İsrailin Dohaya hücumunu pisləyib
Əsəd Abbaslı
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı qərargahına hücumunu pisləyib.
Operativ Media xəbər verir ki, Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransında jurnalistlərə açıqlamasında bu barədə danışıb.
“Biz İsrailin Qətərə hücumları haqqında yenicə öyrənirik. Bu ölkə atəşkəs və bütün girovların azad edilməsində çox müsbət rol oynayır. Mən Qətərin suverenliyi və ərazi bütövlüyünün belə kobud şəkildə pozulmasını pisləyirəm. Bütün tərəflər daimi atəşkəsə nail olmaq üçün çalışmalıdır”, - deyə BMT Baş katibi əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net