Qırğızıstanın Cəlal-Abad şəhərinin adı dəyişdirilərək Manas olacaq
Şəfa Hüseynli
Qırğızıstanın Cəlal-Abad şəhərinin adı dəyişdirilərək Manas olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Dövlət Qulluğu və Yerli Özünüidarəetmə İşləri üzrə Dövlət Agentliyinin direktoru Kudaybergen Bazarbayev bildirib.
Bildirilib ki, qanun layihəsi milli ideologiyanın gücləndirilməsi, Cəlal-Abad şəhərinə dahi Manasın - tarixi şəxsiyyət, milli qəhrəman, qırğız xalqının müxtəlif işğallardan müdafiəçisi adının verilməsinə yönəlib. Adın dəyişdirilməsi xərcləri təxminən 15 milyon som təşkil edəcək.